Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük sənətkar Aşıq Ələsgər (1821-1926) bütün zamanlarda öz dəyərini qoruyub saxlayacaq zəngin irs yadigar qoyub. Prezident İlham Əliyev ustadlar ustadının 200 illik yubileyi haqqında sərəncam imzalayıb. Aşıq Ələsgərin yubileyi ölkəmizlə yanaşı, Türk dünyasında da çeşidli tədbirlərlə qeyd olunur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə noyabrın 24-də “Milli mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Universitetdən bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 10-dək admiu.meqale@yandex.ru elektron poçtuna göndərməlidirlər. Konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilə bilər.