İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Qamət Qurbanovun doğum günü ilə əlaqədar məzarını ziyarət ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Qaraxanlı və Xatınlı kənd mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən II Qarabağ müharibəsi şəhidi Əhməd Abbasovun məzarı ziyarət edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Vətən müharibəsi şəhidləri İkram Məmmədov, Cabbar Əkbərov, Elşən Ağasiyev, Samir Muradov, Seyfəl Rəfiyev, Tərlan Kərimov və Nurlan Nurməmmədovun ailələrini ziyarət edib. Quba rayon MKS-nin Qorxmazoba kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi iştirakçısı Heydər Kəbirovla görüşüb.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filialının və klubunun kollektivi II Qarabağ müharibəsi şəhidi Vüsal Allahverdiyevin doğum günü münasibətilə məzarını və ailəsini ziyarət ediblər.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayonu Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və “İnnovasiyaya doğru” Gənclərə Dəstək İctimai Birliyinin sifarişi ilə çəkilmiş “Vətəni yaşadanlar” sənədli filminin təqdimatı keçirilib. Zaqatala rayon Danaçı kəndində Vətən müharibəsi şəhidi Ruslan Nəbiyevin doğum günü qeyd olunub. Kənd Folklor evinin kollektivi şəhidin məzarını ziyarət edib və ailəsinə baş çəkib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi qazisi Qəhrəman Ağacanovla görüşüb.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman Allahverdi Bağırovun (1946-1992) xatirəsinə həsr olunmuş onlayn görüş təşkil edilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki İsmayılbəyli kənd Mədəniyyət evinin kollektivi Vətən müharibəsi qazisi Sərdar Həsənlinin ailəsini ziyarət edib.

N.MƏMMƏDLİ