Ölkəmizdə fəaliyyət göstərən muzeylərin təbliğini həyata keçirən “museum.az” saytı üçün elan edilmiş loqo müsabiqəsinin qalibi müəyyən olunub.

Müsabiqə Mədəniyyət Nazirliyi və “Museum.az” internet bələdçisi tərəfindən 1 aprel 2021-ci il tarixində elan edilmişdi.

Tələb olunan parametrlər üzrə qiymətləndirilmədən sonra Turqut Abaslının təqdim etdiyi loqo nümunəsi müsabiqənin qalibi seçilib.