Ölkəmizdə səfərdə olan ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, qonaqlar Şirvanşahlar sarayında və Qız qalasında olublar. Onlara ərazidəki abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat verilib.

Ziyarətçilər daha sonra ötən il açılışı olan Bakı Xan sarayı kompleksinin parkı və Yeraltı hamamla tanış olublar. Qonaqlar ərazidə aparılan konservasiya və bərpa işləri haqqında məlumatlandırılıb. İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.