Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxanası və şəhər 1 saylı Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə oxu zalında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Ulduzlar sönmür, şəhidlər ölmür” başlıqlı tədbir keçirilib. Çıxışlarda Vətənin bütövlüyü üçün canını, qanını əsirgəməyən igid oğulların yeni nəsillər üçün örnək olduğu vurğulanıb.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidləri Nail Abakarov və Zöhrab Mehdiyevin məzarlarını və ailələrini ziyarət edib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 49 saylı Əhmədavar kənd kitabxana filialı Vətən müharibəsi şəhidi Xalid Hassanın xatirəsinə həsr olunmuş “Tarix yazanlar” adlı videoçarx ərsəyə gətirib.