Ölkə başçısının müvafiq sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar yerlərdəki mədəniyyət müəssisləri müxtəlif layihələr həyata keçirirlər.

Ağdaş Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində də müxtəlif səpkili silsilə tədbirlər davam etdirilir.

“Nizami ili” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərlə yanaşı, Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən Nizami Gəncəvinin abidəsində bərpa işləri görülüb. Abidədə və postamentdə əmələ gəlmiş çatlar rəssam və heykəltəraş tərəfindən bərpa olunaraq yenidən rənglənib, abidənin ətrafında abadlıq işləri həyata keçirilib.