Bakı Dövlət Sirkinin bədii heyəti  Təhsil Nazirliyinin şəhid övladları üçün təşkil etdiyi "Zəfər" düşərgəsi layihəsinin bağlanış mərasimində iştirak  ediblər.

Düşərgə Qubadakı Fizika, riyaziyyat və informatika təmayüllü liseydə (Quba STEAM Mərkəzi) təşkil olunub.

Sirkin yaradıcı kollektivi uşaqlar qarşısında birsaatlıq əyləncəli proqramla çıxış ediblər.

Qeyd edək ki,  düşərgəyə 71 şəhid övladı qatılıb. Bir həftə davam edən düşərgədə uşaqlar üçün müxtəlif istiqamətlərdə təlimlər təşkil olunub. Layihənin əsas məqsədi uşaqların yeni biliklər öyrənməklə yanaşı, mənalı istirahətlərinin  təşkil olunmasıdır.