C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) xatirəsinə həsr olunmuş “Həm İranın, həm də bütün Şərq aləminin iftixarı” adlı biblioqrafik icmal, “Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgi hazırlayıb.

Biblioqrafik icmalda dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, şeirlərindən parçalar təqdim olunur. Materialda Şəhriyarın müəllifi olduğu, həmçinin onun həyat və yaradıcılıq yoluna həsr olunmuş “Yalan dünya”, “M. Şəhriyar və zəmanəmiz”, “Şəhriyar poeziyası və milli təkamül”, “Aman ayrılıq: poema və şeirlər” və s. kitabların annotasiyası verilib.

“Məhəmmədhüseyn Şəhriyar  Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisində isə ustad Şəhriyar haqqında yazılı məlumatlardan əlavə, onun müxtəlif illərdə lentə alınmış səs yazıları da təqdim olunur. Bundan əlavə, materiallarda şairin sözlərinə yazılmış mahnılardan nümunələr verilir. Virtual sərgidə Şəhriyarın müəllifi olduğu kitablar da izləyicilərin diqqətinə təqdim edilir.

Sözügedən materiallarla tanış olmaq istəyənlər aşağıdakı linklərdən yararlana bilərlər.

http://ryl.az/files/m_shehriyar.pdf

https://www.youtube.com/watch?v=Nn_bv02B0lY

https://www.youtube.com/watch?v=QvUnUqszx7s