Azərbaycan Dövlət Rəsm Qalereyasının bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirdiyi layihə davam edir. Layihə çərçivəsində növbəti onlayn görüş Ağdaş rəssamları ilə reallaşıb.

Qalereyanın direktoru Qalib Qasımovun iştirakı ilə gerçəkləşən görüşdə rayonda fəaliyyət göstərən rəssamlar öz fikir, təklif və ideyalarını bölüşüb, yaradıcılıq işlərindən, eləcə də problem və qayğılarından söz açıblar.

Xatırladaq ki, layihənin hədəfləri bölgələrdə fəaliyyət göstərən rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirilməsi, rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlıq işinin keyfiyyətini artırılmasıdır.