Qazaxıstanın “Adebiportal. kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə edilmiş “İlhamım”, “Od kimi, su kimi” şeirlərinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

“Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilir. Mərkəzdən verilən məlumata görə, şeirləri rus dilinə Rusiyanın tanınmış şairi və tərcüməçisi Nikolay Qoroxov tərcümə edib.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Adebiportal.kz” müntəzəm olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voynic, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.