Biləsuvar Regional Mədəniyyət İdarəsində yazıçı Gülsüm Adilqızının “Murad ömrü”, “Şəhidlik zirvəsinin fatehləri”, “Vətən salnaməsinin qəhrəmanları” və “Uşaq dünyam” kitablarının təqdimatı olub.

Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Nizami Gəncəvinin Ağdaş şəhərindəki abidəsinin ətrafında təmizlik, bərpa və yenidənqurma işləri aparılıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Kürdəmir rayon Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı ilə görüş keçirib. İdarə rəisi çıxışında Mədəniyyət Nazirliyi sistemində aparılan islahatlardan, 2021-ci il üçün qarşıya qoyulan hədəflərdən, “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək tədbirlərdən bəhs edib.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Güllük kənd Mədəniyyət evi və kənd kitabxanasının birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 96-cı ildönümü münasibətilə “Şam əgər yanmırsa, yaşamır demək” adlı tədbir keçirilib. Qax rayon Əmbərçay kənd klubunda “Milli folklorumuzu və dəyərlərimizi öyrənək” adlı tədbir keçirilib. Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxanasında “Kitabı sizə gətirdik” adlı “nağıl saatı” təşkil edilib.

Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir rayon MKS-nin Oxuculara xidmət şöbəsi “Aşıq Ələsgər 200” adlı tədbir keçirib. Göygöl rayon MKS-nin Oxuculara xidmət şöbəsində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Hər gecəm oldu kədər...” başlığı altında tədbir təşkil olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Abşeron rayon Mədəniyyət Mərkəzində “Gənclər gələcəyimizdir” adlı görüş təşkil edilib.

NURƏDDİN