Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Mədəni kənd – mədəni mühit” layihəsi davam edir. Layihə çərçivəsində növbəti tədbirin ünvan Saatlı rayonunun Sımada kəndi olub.

Kənddə rayon Trarix-Diyarşünaslıq Muzeyində fəaliyyət göstərən “Sənətkarlar birliyi”nin üzvü, respublika üzrə rəsm sərgilərinin fəal iştirakçısı, gənc rəssam Məhəmməd Bədəlovun əl işləri nümayiş olunub.

Tədbirin sonunda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə tərəfindən Məhəmməd Bədəlova fəxri fərman və hədiyyə təqdim edilib.