Bakı Dövlət Sirkinin ilk premyerasının 75 illiyi ilə əlaqədar bu sənətdə uzunmüddətli, səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş Mədəniyyət Nazirliyi tərəfindən  mükafatlandırılıb.

Sirk sənəti sahəsində xidmətlərinə görə Bakı Dövlət Sirkinin dirijoru, Əməkdar artist Azad Quliyev, orkestrin üzvü Ələddin Əliyev, manej inspektoru Cəlal Cəlalov,  janr üzrə aktyor Vüqar Nuxov və illüzionist Tofiq İsgəndərliyə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.