C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Bakını qarış-qarış” adlı layihə həyata keçirir. Layihə çərçivəsində silsilə materiallar hazırlanaraq istifadəçilərə təqdim edilirb.

Kitabxana əməkdaşları tərəfindən “Bakı kitablarda” virtual kitab sərgisi, eləcə də Azərbaycan paytaxtının müasir simasını təşkil edən tikililər haqqında videoçarxlar hazırlanıb.

Virtual kitab sərgisində paytaxtımızın tarixindən bəhs edən nəşrlər – Hüseynqulu Sarabskinin "Köhnə Bakı", Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim", Vilayət Quliyevin "General Denstervilin Bakı gündəliyi", Çingiz Abdullayevin "Baki bulvarı", Çapay Sultanovun "Bakı nefti dünya şahmat taxtasında”, Qılman İlkinin "Bakı və bakılılar" və s. kitablar haqqında məlumat verilib.

Bundan əlavə, Respublika Gənclər Kitabxanası Rəsul Rzanın “Bakı” şeiri əsasında videoçarx da hazırlayıb.

Sözügedən materiallarla aşağıdakı linklərdə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=ixMK5dghUO4

https://www.youtube.com/watch?v=7vPDBYONqCI

https://www.youtube.com/watch?v=QxFq_DL-StU

https://www.youtube.com/watch?v=QPfiAh0Ce9U