UNESCO-ya təqdim edilib

 

Azərbaycan Respublikası 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən ölkəmizin təşkilatla əlaqələri genişlənməkdədir.

Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Qeyri-maddi mədəni irsimizlə bağlı daha dörd nominasiya UNESCO-ya təqdim edilib.

UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq. Bunlar Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya faylları və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya faylıdır.