Milli İncəsənət Muzeyinin ekspozisiyasını mobil telefonda izləyin...

 

Qədim tarixə malik Azərbaycanın zəngin muzey kolleksiyalarının ölkəmizdə, habelə beynəlxalq miqyasda daha geniş auditoriyaya təqdim olunması prioritet məsələlərdən biridir. Bu gün hər bir muzeyin vəzifəsi yerli və xarici qonaqların, o cümlədən turistlərin həm əyani, həm də virtual şəkildə muzey kolleksiyaları üzrə eksponatlar haqqında daha dolğun və ətraflı  məlumat almasına imkan yaratmaqdır.

Müasir dövrdə insanlar onlayn informasiya mübadiləsinə üstünlük verirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və dünyaca məşhur “Samsung Electronics” şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasını bəzəyən dəyərli sənət nümunələrini əks etdirən “Sənət kainatına səyahət” adlı layihə hazırlanıb.

Mobil telefon vasitəsilə paytaxtımızın füsunkar memarlıq nümunələrindən olan Azərbaycan Milli İncəsənət Muzeyinin binası, ekspozisiyasında sərgilənən rəngarəng rəsm əsərləri, bir-birindən maraqlı xalça, heykəltəraşlıq, keramika, bədii metal və digər sənət nümunələri detallı şəkildə lentə alınaraq birsaatlıq filmdə əks olunub.

Videomaterialı izləmək üçün link: https://youtu.be/2EJ4ZDN5an0