Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri,  Xalq şairi Qabilin (1926–2007) anadan olmasının 95-ci ildönümüdür.

Xalq şairinin 95 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə şairin həyat və yaradıcılığı haqqında materiallar, mükafatları, əsərləri, fotolar nümayiş olunur.

Virtual sərgi ilə aşağıdakı linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Xalq_sairi_Qabil_95/index.htm

Qeyd edək ki, yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri oxucuda vətəndaşlıq hissləri və mübarizlik ruhu aşılayır. Qabilin yaradıcılığı rəngarəng və çoxşaxəlidir, həm lirik ovqata köklənmiş məhəbbət və əsrarəngiz təbiətin tərənnümü, həm də fərdi psixoloji durumdan doğan poeziya nümunələri ilə zəngindir.