Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illiyi münasibətilə sərgi təşkil olunub. Sərginin açılışında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov iştirak ediblər. Sərgidə heykəltəraş Rauf İbrahimov, rəssamlar Ərkinaz Salmanzadə, Səriyyə Yarıyeva, Fatimə Əliyeva, Turanxanım Cavadova və Vüsalə Kərimzadənin əl işləri nümayiş olunub.

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Dahilərlə ucalan dünyamız” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə rayonun mədəni-maarif müəssisələrinin, rayonda fəaliyyət göstərən digər qurumların nümayəndələri və regional idarənin əməkdaşları iştirak ediblər.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Nizami-uşaqların gözü ilə” adlı sərgi təşkil edilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Zərdabi qəsəbə kitabxanası “Dahi şəxsiyyət” başlığı altında sərgi təşkil edib.