Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xalq şairi Qabilin 95 illiyi münasibətilə silsilə materiallar – “Şeirin zirvəsində olan şair” adlı biblioqrafik vəsait, “Qabil 95” adlı videoçarx və şairin foto və videolarından ibarət virtual sərgi hazırlayaraq sosial şəbəkələrdə izləyicilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, “Şeirin zirvəsində olan şair” adlı biblioqrafik vəsaitdə şairin həyat və bədii fəaliyyəti haqqında geniş məlumat, yaradıcılıq nümunələri, şairin müəllifi olduğu kitabların sıyahısı verilib. Burada, həmçinin şairin müasirlərinin onun haqqında söylədikləri dəyərli fikirlər, Xalq şairinə həsr edilən kitablar və dövri mətbuat nümunələri də əksini tapıb. Biblioqrafik vəsait Azərbaycan və rus dillərində tərtib edilib.

“Qabil 95” adlı videoçarxda isə şairin yaradıcılıq uğurları, orden və medalları, təltifləri haqqında məlumatlar paylaşılıb. Şairin kitablarının siyahısı və əsərləri haqqında məlumatlar da videoçarxda yer alıb.