Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə virtual sərgi hazırlanıb.

Əlamətdar gün 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda dünya ölkələri gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda təsis olunub.

Hər bir xalq özünün gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. İftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadır.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin gənclərimizlə bağlı fikirləri, rəsmi sənədlər, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər: http://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm