Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Lahıc kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun 31-ci doğum günü münasibətilə anım tədbiri keçiriblər.

Balakənin Kortala kəndində Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun bulaq abidəsinin açılışı olub. Açılış mərasimində Kortala kənd Diyarşünaslıq evinin, kənd kitabxanasının işçiləri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.

Qax rayon MKS, Qaşqaçay kənd icra nümayəndəliyi və kitabxanasının birgə təşkilatçılığı ilə Milli Qəhrəman Cavanşır Rəhimovun xatirəsinə həsr olunmuş “Ürəyi Vətən üçün döyünənlər” adlı tədbir keçirilib.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və regional idarənin tabe müəssisələrinin əməkdaşları Vətən müharibəsi şəhidi Elzamin Tağıyevin doğum günündə məzarını ziyarət ediblər.

Nurəddin MƏMMƏDLİ