Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı növbəti virtual ədəbi-bədii kompozisiyanı təqdim edib. Yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında hazırlanan səhnə işində teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, eləcə də rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlər, məktəblilər və şəhid övladları iştirak ediblər.

“Ölümümə inanma, ana!” adlı kompozisiyada əvvəlcə şəhidlərin həyat yolu barədə söhbət açılıb. Sonra müəllimlər və kollec tələbələri səhnəyə dəvət edilib. Əvvəlcə Vətən sevgisi, şəhidlik zirvəsi, torpağı müdafiəyə çağırış ruhunda monoloqlar deyilib, şeirlər oxunub. Sonra tələbələr şəhidlərin həyatından bəhs edən çıxışlar edib, vətənpərvərlik şeirləri səsləndiriblər.

Qeyd edək ki, kompozisiyanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidov, səs rejissoru Mərhəmət Lələyevdir.

NURƏDDİN