Gürcüstanın Borjomi şəhərində keçirilən "World Harmony" (“Dünya harmoniyası”) IV beynəlxalq müsabiqəsində ölkəmiz də təmsil olunub.

Müsabiqənin fortepiano ixtisası üzrə münsif heyətinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tədris işləri üzrə prorektoru, Əməkdar müəllim professor Nərmınə Quliyeva, violino ixtisası üzrə akademiyanın professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Alıyeva dəvət alıb. BMA-dan bildirilib ki, hər iki münsifə sertifikat təqdim olunub.

Müsabiqədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və BMA-nın yetirmələri iştirak ediblər. Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 8-ci sinif şagirdi, respublıka və beynəlxalq müsabiqələr laureatı Səbinə Həsənzadə 1-ci yerə (müəllım BMA-nın professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Alıyeva), Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi Elmar Hüseynov 3-cü yerə (müəllım BMA-nın professoru, elmlər doktoru, Əməkdar incəsənət xadimi Tərlan Seyıdov), Mahbod Hagh Parast və Arian Ghahramani (müəllim Nərgiz Kəngərli) dıploma layiq görülüblər.

Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli festivalda uğurlu çıxışına görə münsiflər heyəti tərəfindən bir neçə diplomla mükafatlandırılıb.