Avqustun 17-də Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Konsert proqramına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin çıxışları daxil edilib. Tədbir boyu həmçinin əfsanəvi müğənninin həyat və yaradıcılığını əks etdirən videomateriallar da nümayiş olunacaq.

LALƏ