TÜRKSOY-a daxil olan keçmiş Sovet İttifaqının beş respublikasının – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Macarıstanın paytaxtı Budapeşt şəhərində festival keçirilir. Avqustun 17-də başlayan mədəniyyət və sənət festivalı ayın 23-dək davam edəcək.

Festival çərçivəsində Türk dünyasının folklor musiqisi, fotosərgi və müxtəlif sənət növlərini təmsil edən iştirakçıların ustad dərsləri təşkil olunacaq.

Beynəlxalq Muğam Mərkəzinin solistləri də festivalda iştirak edir. Solistlər festivalda milli musiqi alətlərimizi təbliğ edən proqramla çıxış edəcəklər.

Ölkəmizdən eyni zamanda xalça sənəti üzrə Nazilə Əbilova, tətbiqi sənət üzrə Pərvanə Eyyubova da festivalın iştirakçıları sırasındadır.

LALƏ