Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində müvafiq qurumların çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə reyestr yaradılacaq. Prezident İlham Əliyev avqustun 12-də bununla bağlı fərman imzalayıb.

Dövlət başçısı avqustun 12-də, həmçinin işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb və Baş İdarə haqqında Əsasnamə təsdiq edilib.