Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Rusiya avtomobil şirkətləri Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin tranzit potensialına diqqət yetirməlidir.

Sergey Lavrov bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə görüşdə bildirib.

“Hazırda orada infrastrukturun və magistral yollarının bərpası üzrə fəal iş aparılır, buna görə də xahiş olunur, bu perspektivli əraziyə daha yaxından nəzər salasınız, mənim fikrimcə, bu, iqtisadi cəhətdən faydalı olacaq”, – deyə o qeyd edib.

“Yaxın qonşuluğumuzun bu hissəsinin iqtisadi inkişafının Rusiyanın fəal iştirakı ilə davam etməsi çox vacibdir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.