Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Bakı Biznes Universitetinin koordinator olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi – EQAC” adlı “Erasmus+” layihəsi çərçivəsində təşkil olunan təlimdə iştirak ediblər.

ATMU-dan bildirilib ki, Almaniyanın Potsdam Universitetinin nümayəndələri və Filippinin San Karlos Universitetinin təmsilçisindən ibarət qrup EQAC konsorsium universitetləri olmaqla bir sıra Azərbaycan ali təhsil müəssisələrini təmsil edən keyfiyyət və əlaqəli sahədə çalışan 30 nəfərdən ibarət iştirakçıya təlim keçiblər.

Təlimlər ali təhsildə keyfiyyət mədəniyyəti, keyfiyyət təminatı sistemlərinin təsviri və praktikada tətbiq olunması, keyfiyyət təminatında rollar və iştirakçılıq kimi mövzuları əhatə edib.