Bununla belə kitab bayramı ənənəvi formatda keçiriləcək

 

Dünyanın ən məşhur kitab sərgilərindən olan Moskva Beynəlxalq Kitab Yarmarkası (MBKY) pandemiya səbəbindən bu dəfə tarixini dəyişməli olub. Hər il ənənəvi olaraq sentyabrın əvvəlində təşkil olunan kitab bayramı bir qədər gec – 23-26 sentyabr tarixində keçiriləcək.

Bu barədə MBKY-nin təşkilat komitəsi məlumat yayıb. Qeyd olunur ki, Rusiya ərazisində, xüsusən də Moskva şəhərində epidemioloji vəziyyəti nəzərə alaraq təşkilatçılar 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkasını bir qədər ertələmək qərarına qəliblər. Bununla belə, kitab bayramı ənənəvi formatda (canlı ziyarət və görüşlər) keçiriləcək.

Qeyd edək ki, yarmarka ötən il də pandemiyaya baxmayaraq beş gün (2-6 sentyabr 2020) müddətində əsasən ənənəvi formatda təşkil edilmişdi. Yarmarkada ölkənin müxtəlif regionlarından 300-dən artıq nəşriyyat iştirak etmiş, tədbir və görüşlərin bir qismi isə onlayn şəkildə gerçəkləşmişdi. Xarici ölkələrdən iştirakçılar isə yarmarkaya videoəlaqə vasitələri ilə qatılmışdılar.

LALƏ