Şəki Regional Mədəniyyət İdarəsi Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 96-cı ildönümü (16 avqust) münasibətilə tədbir keçirib. Vahabzadənin Şəki şəhərindəki ev-muzeyində təşkil edilən tədbirdə Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan şairin həyat və yaradıcılığından danışıb. Şəhər 2 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.

Regional idarənin tabeliyindəki Balakən rayon Qabaqçöl qəsəbə Folklor klubunda “Nizami poeziyası” başlığı altında tədbir keçirilib. Tədbirdə klubun işçiləri və rəqs dərnəyinin üzvləri iştirak ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi də Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirib. Tədbirdə şairə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mərkəzi Kitabxanası Uşaq şöbəsinin əməkdaşları “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil ediblər.

Yevlax şəhər MKS-nin Dəlləklər və Tərtər rayon MKS-nin Səhlabad kənd kitabxana filiallarının əməkdaşları kənd əhalisinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə oxuculara səyyar kitabxana xidməti təşkil ediblər.

Şəmkir Regional Mədəniyyət İdarəsi Kür qəsəbə Mədəniyyət evinin kollektivi Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun (1956-1993) anadan olmasının 65 illiyinə həsr edilmiş xatirə tədbiri keçirib. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin ailə üzvləri iştirak ediblər.

Regional idarənin Daşkəsən rayon Mədəniyyət Mərkəzi və rayon Gənclər və İdman İdarəsi Beynəlxalq Gənclər Günü (12 avqust) münasibətilə rayon gəncləri ilə görüş təşkil edib.

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzində rayon gənclərinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə film nümayiş etdirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Amsar kənd kitabxana filialı tərəfindən açıq havada “Şərqdən doğan ədəbiyyat günəşi” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın fəal oxucuları Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyiblər. Quba rayon MKS-nin 2-ci Nügədi və Şuduq kənd kitabxana filialları isə kitab mütaliəsi təşkil edib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon MKS-nin təşkilatçılığı ilə “Fidanlarımızı sevindirək” adlı tədbir keçirilib. Tədbir cəmiyyət arasında autizm xəstəliyi ilə əlaqədar maarifləndirilməni artırmaq və autizmli uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə təşkil edilib.