Prezident İlham Əliyev avqustun 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Əhməd oğlu Aslanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, avqustun 18-də Aslan Aslanovun 70 yaşı tamam olub. O, 1975-ci ildən mətbuatda çalışır. 2002-ci ildən AZƏRTAC-a rəhbərlik edir. Əməkdar mədəniyyət işçisidir.

Tanınmış jurnalisti yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.