“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” şirkətinin əməkdaşlıgının 5 illiyi qeyd olunub. Avqustun 18-də keçirilən “İnkişaf üçün 5 il birlikdə” adlı tədbirdə əməkdaşlıq çərcivəsində icra olunan layihələr haqqında ətraflı məlumat verilib və bu layihələrdən bəhs edən rəsm sərgisi təşkil olunub.
Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, dövlət qurumları nümayəndələri, şirkət təmsilçiləri və könüllülər iştirak ediblər.
Elşad Fərzəliyev “ASAN Könüllüləri” ilə əməkdaşlıqdan danışıb, 2016-ci ildən etibarən ekoloji, sosial və humanitar layihələrin həyata keçirildiyini bildirib. Həmçinin Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə reallaşdırılan “AIM-W” layihəsi, COVİD-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu tərəfindən həyata keçirilən “Birlikdəyik” layihəsi barədə məlumat verilib.
Sonda mükafatlar təqdim olunub və sərgiyə baxış keçirilib.