“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” şirkətinin əməkdaşlıgının 5 illiyi qeyd olunub. Avqustun 18-də keçirilən “İnkis­̧af üc­̧ün 5 il birlikdə” adlı tədbirdə əməkdaşlıq çərcivəsində icra olunan layihələr haqqında ətraflı məlumat verilib və bu layihələrdən bəhs edən rəsm sərgisi təşkil olunub.

Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr mu­̈avini Ceyhun Salmanov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Els­̧ad Fərzəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, dövlət qurumları nümayəndələri, şirkət təmsilc­̧iləri və könüllülər iştirak ediblər.

Els­̧ad Fərzəliyev “ASAN Könüllüləri” ilə əməkdaşlıqdan danışıb, 2016-ci ildən etibarən ekoloji, sosial və humanitar layihələrin həyata keçirildiyini bildirib. Həmçinin Azərbaycanda qadınların məşg­̆ulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yas­̧ayan qadın və qızların məşg­̆ullug­̆unun təmin edilməsinə dəstək məqsədilə reallaşdırılan “AIM-W” layihəsi, COVİD-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu tərəfindən həyata kec­̧irilən “Birlikdəyik” layihəsi barədə məlumat verilib.

Sonda mükafatlar təqdim olunub və  sərgiyə baxış keçirilib.