Azərbaycan Rəssamlar İttifaqı noyabr ayında rəşadətli Azərbaycan Ordusunun Qələbəsinə həsr edilmiş sərgi keçirəcək. Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, metal, xalça və rəssamlığın digər növlərinə yer ayrılacaq.

İştirak etmək istəyənlər əsərlərini oktyabrın 25-dən 30-dək Azərbaycan Rəssamlar İttifaqına təqdim etməlidirlər. Münsiflər heyəti noyabrın 1-dən 5-dək sərgiyə təqdim olunan əsərlərə baxış keçirəcək.

İttifaq rəssamları sərgidə iştirak etməyə dəvət edir.