Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2021-2022-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün qəbul keçirəcək.

ADMİU-dan bildirilib ki, aktyor sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq), dizayn (geyim dizaynı, interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn), instrumental ifaçılıq (fortepiano, skripka, viola (alt), gitara, klarnet, saksofon, zərb alətləri), xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban), musiqişünaslıq, muzey, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə qəbul elan edilir.

Qəbul, həmçinin operator sənəti, populyar musiqi və caz ifaçılığı (estrada sənəti), qrafika, rejissorluq, rəngkarlıq, sənətşünaslıq (sahələr üzrə), təsviri sənətin tarixi və nəzəriyyəsi, teatrşünaslıq, kinoşünaslıq, vokal sənəti (xanəndə), musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, kitabxanaçılıq və informasiya fəaliyyəti, sosiologiya, sosial iş, turizm bələdçiliyi, turizm işinin təşkili ixtisasları üzrə aparılır.

Qeyd olunan ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. Tədris Azərbaycan və rus dillərində aparılır.

Ətraflı məlumatı ADMİU-nun saytından əldə etmək olar.