İstanbul sərgisində Azərbaycanın stendinə xüsusi maraq var

 

Xəbər verildiyi kimi, İstanbulda avqustun 17-də işə başlayan “İDEF – 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan da təmsil olunur. Sərgidə ölkəmizin stendi xüsusi maraq doğurub.

Ölkəmiz bu il sərgidə 44 günlük Vətən müharibəsində istifadə olunan silahları da nümayiş etdirir. Builki məhsullar arasında yeniliklərdən biri də snayper tüfəngidir ki, onu digər silahlardan fərqləndirən xüsusiyyəti iki min metr məsafədə hədəfi vurur və adi snayper silahlarından fərqli olaraq güllə deyil, mərmi atır. Mərmi iki min metrlik məsafədə on metrlik radiusda hədəfi tamamilə məhv edir.

Bundan əlavə, sərgidə Azərbaycan stendində müxtəlif çaplı toplar, silahlar, əl qumbaraları, kombinə olunmuş döyüş patronları və digər döyüş ləvazimatları sərgilənir.

“İDEF – 2021” sərgisi avqustun 20-də başa çatacaq.