Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Mahmud Əhmədovun Ağstafada yerləşən ev-muzeyini və xatirəsinə tikilən bulaq kompleksini ziyarət ediblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər yolunun fədailəri” adlı tədbir keçirilib. Tədbirdə Şabran Xalq teatrının aktyoru Nurlan Fərhadlının ifasında “Azərbaycan əsgəri, Zəfərin mübarək!” şeiri səsləndirilib, şəhidlərimizə həsr olunan videoçarx təqdim edilib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxana filialında I Qarabağ müharibəsi şəhidi Mais Məmmədovun ailəsi ilə görüş təşkil olunub. Şəhidin anası Güldanə Məmmədova oğlunun uşaqlıq illərindən, eyni zamanda müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

NURƏDDİN