Avqustun 20-də Ağdamın Quzanlı qəsəbəsində Azərbaycan Rəssamlar İttifaqının (ARİ) fəxri üzvləri Elnurə və Aygün İsgəndərovaların Vətən müharibəsində Qələbəmizə həsr olunmuş “Milli-mənəvi dəyərlərimiz” adlı ilk fərdi yaradıcılıq sərgisi açılıb.

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə gerçəkləşən sərgidə rəssam bacıların 50-yə yaxın əl işi nümayiş olunub.

Aygün İsgəndərova jurnalistlərə açıqlamasında bildirib ki, bu onların Qarabağ Zəfərinə həsr olunmuş ilk fərdi yaradıcılıq sərgisidir.

Xalq rəssamı Arif Hüseynov belə sərgilərin gənclərin maariflənməsinə və yaradıcılıq həvəsinin artmasına xidmət etdiyini deyib, sərginin simvolik məna daşıdığını vurğulayıb: “İstərdim ki, Azərbaycanın bütün bölgələrində belə sərgilər təşkil olunsun”.