Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınmasında dəyişikliklər edilib. Bununla bağlı yeniliklər Nazirlər Kabinetinin 20 avqust 2021-ci il tarixli 233 nömrəli Qərarı ilə təsdiqlənən “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”nda əksini tapıb.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərar ilə, həmçinin “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” təsdiq edilib.

Sənəd “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qayda Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması və qeydiyyatı üzrə müvafiq hüquqi prosedurları müəyyən edir. Azərbaycan folkloru nümunələrindən və Azərbaycanın ənənəvi biliklərindən ölkəmizdə və xaricdə istifadə olunarkən bəzi hallarda həmin nümunələrin mənbəyi, mənsub olduğu xalqın və ya yarandığı coğrafi yerin adı dəqiq göstərilmir, yaxud yanlış göstərilir. Bu qərarın qəbul edilməsi ilə Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasını təmin edən təsirli qorunma və müdafiə mexanizmlərinin yaradılması mümkün olacaq.

“Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”nda bu sahədə istifadə olunan əsas anlayışların mənaları da diqqətə çatdırılır.

Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələri) – “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanunun 2-ci maddəsində qeyd olunan Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri.

Azərbaycanın ənənəvi bilikləri – “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq, ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması – Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması.

Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) Azərbaycan Respublikasıdır.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və əqli mülkiyyət obyektləri kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin xüsusi növləri kimi hüquqi qorunması Agentlik tərəfindən həyata keçirilir.

Qaydanın müddəaları Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) əsasında yaradılmış müəlliflik hüququ və əlaqəli hüquqların yeni obyektləri, həmçinin Azərbaycanın ənənəvi bilikləri əsasında yaradılmış patent qabiliyyətli obyektləri ilə bağlı məsələlərə şamil edilmir.

 

***

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci il 20 avqust
tarixli 233 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

1 nömrəli əlavə

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması

Q A Y D A S I

1.1. “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədənib nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası” (bundan sonra – Qayda) “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsinə, habelə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının 1-ci, 2-ci və 11-ci maddələrinə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 6.3-cü, 6.4-cü maddələrinə və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 2.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır.

1.2. Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) Azərbaycan Respublikasıdır.

1.3. Bu Qaydanın müddəaları Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) əsasında yaradılmış müəlliflik hüququ və əlaqəli hüquqların yeni obyektləri, həmçinin Azərbaycanın ənənəvi bilikləri əsasında yaradılmış patent qabiliyyətli obyektləri ilə bağlı məsələlərə şamil edilmir.

 

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələri) - “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunan Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədiiirsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;

2.1.2. Azərbaycanın ənənəvi bilikləri (bundan sonra – ənənəvi biliklər) - “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəsilə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii və sənayesahələrində yeniliklər və yaradıcılıq nəticələri;

2.1.3. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması - Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəninümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hər hansı qeyriqanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması.

 

3. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatı haqqında Şəhadətnamənin tərtib edilməsi

3.1. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və bu Qaydaya uyğun olaraq əqli mülkiyyət obyektləri kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) dövlət qeydiyyatına alınır.

3.2. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəninümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətinxüsusi növləri kimi hüquqi qorunması Agentlik tərəfindən həyata keçirilir. 3.3. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin qorunması rejimində hüquqi qorunması onların əqli mülkiyyət qismində hüquqlarının qorunmasını tanımağı, fiziki və hüquqi şəxslər tərəfindən həmin nümunələrin qeyri-qanuni istifadəsinə qarşı tədbirlərin təmin edilməsini, o cümlədən məhkəmə qaydasında və ya üçüncü şəxslər tərəfindən onlara olan əqli mülkiyyət hüquqlarının qeyri-qanuni əldə edilməsinə maneələrin yaradılmasını ehtiva edir.

3.4. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı əqli mülkiyyət rejimində aşağıdakı hüquqi qorunmanın təmin edilməsi məqsədilə həyata keçirilir:

3.4.1. kommersiya məqsədilə digər dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda icazəsiz istifadənin qarşısının alınması;

3.4.2. təhqiredici və alçaldıcı məqsədlərlə istifadəsinə yol verilməməsi;

3.4.3. istifadə olunan Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin mənbəyinin, yarandığı yerin coğrafi adının və mənsub olduğu xalqın (cəmiyyətin) adının göstərilməməsi və ya yarımçıq göstərilməsi hallarına yol verilməməsi;

3.4.4. istifadə olunan Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin mənasının dəyişdirilməsi, məzmununun təhrif olunması hallarının qarşısının alınması;

3.4.5. mənimsənilmə yolu ilə əqli mülkiyyət hüququnun, o cümlədən müəlliflik və patent hüququnun əldə edilməsinin qarşısının alınması üçün Agentlikdə müdafiə strategiyaları çərçivəsində müvafiq bazaların yaradılması da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının qorunması;

3.4.6. qeyri-qanuni yolla əldə edilmiş əqli mülkiyyət hüquqlarının etibarsızlığının təmin edilməsi.

3.5. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün ərizəçi qismində aşağıda göstərilənlər müraciət edə bilərlər:

3.5.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (və ya Nazirliyin tabeliyində və ya yanında olan qurumlar);

3.5.2. Azərbaycan Milli Elmlər Akademiyası (və ya Akademiyanın səlahiyyətli qurumları);

3.5.3. fiziki və ya hüquqi şəxslər - bu Qaydanın 3.5.1-ci və 3.5.2-ci yarımbəndlərində qeyd olunan qurumların müvafiq rəyləri alınmaqla.

3.6. Azərbaycan Milli Elmlər Akademiyası (və ya Akademiyanın səlahiyyətli qurumları) ərizəçi olduğu təqdirdə, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün Agentliyə təqdim edilən nümunələrin siyahısı, adı (adları), onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalq (cəmiyyət) haqqında və digər məlumatlar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılır.

3.7. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün bu Qaydanın əlavəsində nümunəsi göstərilən ərizə forması doldurulur.

3.8. Ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci və 32.2-1-ci maddələrinin tələblərinə uyğun olaraq, aşağıdakı sənədlər əlavə olunmalıdır:

3.8.1. ərizəçinin hüquqi ünvanı barədə məlumat və ya olduğu ünvanı təsdiq edən sənədin surəti;

3.8.2. ərizəçinin əsasnaməsinin (nizamnaməsinin) surəti, onu

təmsil edən səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və etibarnamə;

3.8.3. hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

3.8.4. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin adı (adları), mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalq (cəmiyyət) haqqında məlumatlar;

3.8.5. Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ilə bağlı əvvəllər material dərc edilmişdirsə, həmin materialın müəllifi və dərc edildiyi nəşr barədə məlumatlar (dərc edilmiş materialın surəti əlavə olunmaqla);

3.8.6. qeydiyyata alınan Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hər hansı bir maddi daşıyıcıda olan 1 (bir) nüsxəsi və ya surəti.

3.9. Ərizəyə əlavə olunan sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Sənədlərdən hər hansı biri digər dildə olarsa, həmin sənədin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi əlavə olunmalıdır. Sənədlər Agentliyə 1 (bir) nüsxədə təqdim edilir.

3.10. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı barədə müraciət Agentliyə daxil olduğu tarixdən qeydiyyata alınır və qeydiyyata alındığı vaxtdan ən geci 30 (otuz) gün müddətində baxılır.

3.11. Ərizə bu Qaydada nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, həmçinin sənədlərdə və ya məlumatlarda nöqsanlar, o cümlədən yol verilmiş təhriflər aşkar edildikdə, bu halların 15 (on beş) gün müddətində aradan qaldırılması üçün Agentlik tərəfindən ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir və ərizəyə baxılma ilə bağlı müddətin axımı dayandırılır.

3.12. Əlavə sənədlərin və ya məlumatların Agentliyə təqdim olunduğu andan ərizəyə baxılma ilə bağlı müddətin axımı bərpa olunur.

3.13. Bu Qaydanın 3.11-ci bəndində göstərilən nöqsanlar qeyd edilən müddətdə aradan qaldırılmadığı halda, ərizə baxılmamış saxlanılaraq, inzibati akt formasında qərar qəbul edilir və bu barədə ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir.

3.14. Bu Qaydanın 3.11-ci bəndində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması üçün Agentliyə yenidən ərizə ilə müraciət edə bilər.

3.15. Dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan obyekt Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və ya Azərbaycanın ənənəvi biliklərinə aid olmadıqda, onun qeydiyyatından imtina edilir və bu barədə ərizəçinin elektron və ya poçt ünvanına yazılı bildiriş göndərilir. Ərizəçi imtina ilə razı olmadıqda, onun imtina bildirişini aldığı tarixdən 30 (otuz) gün müddətində qanunvericilikdə nəzərdə tutulan qaydada şikayət etmək hüququ vardır.

3.16. Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri dövlət qeydiyyatına alındıqda, Agentlik tərəfindən nümunəsi bu Qərarla təsdiq edilmiş  “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə” tərtib edilir (2 nömrəli əlavə).

3.17. Şəhadətnamənin depozitarisi Agentlikdir.

3.18. Dövlət qeydiyyatına alınmış Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə dair məlumatlar hər bir səhifəsi ardıcıllıqla nömrələnmiş və Agentliyin möhürü vurulmuş “Azərbaycan folklore nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin Dövlət Qeydiyyatı Kitabı”na daxil edilir, Agentlik tərəfindən onların elektron məlumat bazası yaradılır, həmin baza müntəzəm olaraq təkmilləşdirilir və dövlət reyestrinin electron surətinin yenilənməsi təmin edilir.