Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – "Yaradılış", "Çıxış", "Levililər", "Saylar", "Qanunun təkrarı"nı özündə cəmləyən Tövrat ilk dəfə Azərbaycan dilinə mükəmməl tərcümədə işıq üzü görüb. 

Qədim ibrani dilində "qanun", "təlim", "öyüd" mənalarını daşıyan kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.

Kitabın tərcüməçisi Etimad Başkeçid, redaktoru Bəhlul Abbasovdur.

Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilən kitabı yaxın günlərdə paytaxtın kitab mağazalardan əldə etmək olar.