Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmiş, eyni zamanda bir sıra xalq mahnılarını işləmiş və maraqlı əsərlər yazmış Nazim Əliverdibəyovun (1926–1985) bu il 95 illik yubileyi qeyd olunur.

Respublika Gənclər Kitabxanası görkəmli bəstəkar, musiqi redaktoru, pedaqoq Nazim Əliverdibəyovun  95 illiyi münasibətilə onun həyat və yaradıcılıq yoluna həsr edilmiş virtual sərgi hazırlayıb.

Sərgidə bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir, Nazim Əliverdibəyovun müəllifi olduğu əsərlərin, musiqisinin istifadə olunduğu filmlərin siyahısı təqdim edilir. Materialda həmçinin, “Əliverdibəyovlar” soyu haqqında məlumat verilib, bu soyun görkəmli nümayəndələrinin adları qeyd edilib.

Əməkdar incəsənət xadimi Nazim Ağalar oğlu Әliverdibәyov Bakı Musiqi Akademiyasının professoru olub. “Mingəçevir” simfonik poeması, “Cırtdan” nağıl-operası və s. əsərlər, filmlərə musiqi yazıb.

Nazim Əliverdibəyov haqqında virtual sərgi Respublika Gənclər Kitabxanasının “İnstagram” səhifəsində yerləşdirilib: https://www.instagram.com/p/CS8618NldpW/