“YAŞAT” Fondunun və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin, sonuncu altıncı həftəsinin də maraqlı proqramı var. Fonddan verilən məlumata görə, düşərgənin altıncı həftəsi 15-18 yaş kateqoriyasında şəhid övladlarını əhatə edir.

Düşərgə boyunca psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçirilir. Konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

Layihənin tərəfdaşları tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilir.

2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Layihə ümumilikdə 300-dək uşağı əhatə edir.