Təhsil İnstitutu işğaldan azad edilmiş ərazilərdə tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə həyata keçirdiyi fəaliyyətlər çərçivəsində “Azıx mağarasından Qafqaz Albaniyasının yaranmasına qədər. Azərbaycan – dünya sivilizasiyasının mərkəzlərindən biri kimi” adlı növbəti vebinar təşkil edib.

Vebinarda spiker qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi katibi, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İradə Qasımova çıxış edib. O, Albaniya adının etimologiyası, alban mənbələri kimi mövzulara toxunub, Qafqaz Albaniyası probleminin tədqiqi və bu problemin öyrənilməsinə Azərbaycan alimlərinin verdiyi töhfələrdən danışıb.

Qeyd edək ki, vebinarların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırma, təbliğat və maarifləndirmənin həyata keçirilməsidir.