Bütün ümumtəhsil müəssisələrinin IX siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 saat dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursu tədris ediləcək.

Bu, respublika ümumtəhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Təhsil Nazirliyinin əmrində əksini tapıb.

Qeyd olunub ki, tədris dilindən asılı olmayaraq, “Zəfər tarixi” kursu bütün siniflərdə dövlət dilində – Azərbaycan dilində tədris olunacaq.