Hacı Zeynalabdin Tağıyevin heykəli avqustun 25-də quraşdırılacaq. Bu barədə heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.
Heykəltəraş bildirib ki, abidənin ucaldılacağı ərazidə işlər yekunlaşıb, postament hazırdır.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı 2019-cu ildə açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Müsabiqəyə təqdim olunan 26 əsərdən Xalq rəssamı Xanlar Əhmədovun işi qalib olub.
Böyük mesenatın heykəli Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq.