AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında gənclər üçün “Yay Fest” düşərgəsi təşkil olunub. Layihə üzrə müxtəlif tədbirlər keçirilir.

“Ulduzlara doğru” devizi ilə gerçəkləşən festivalda gənclər üçün astroseminar təşkil edilib.

Rəsədxananın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayi düşərgə iştirakçılarına astronomiyanın tarixi, rəsədxananın qurulması, aparılan astronomik tədqiqatlar haqqında məlumat verib. Alim Günəş sistemi planetləri, kosmik aparatlar və yerdənkənar sivilizasiyalar haqqında məruzə ilə çıxış edib.

Nəzəri astrosəyahətdən sonra festival iştirakçıları 70 santimetrlik teleskop ilə Ayı və Saturnu müşahidə ediblər.