Filippindən paytaxtımızda qonaq gələn pianoçu və dirijor, beynəlxalq müsabiqələr laureatı Maykl İllüstre Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyini ziyarət edib.

Muzeyin əməkdaşları qonağa maestro Niyazinin həyat və yaradıcılığı, həmçinin ekspozisiyada nümayiş olunan eksponatlar barədə məlumat veriblər.

Qonaq Azərbaycan musiqisi və onun parlaq nümayəndələri haqqında çoxlu yeni məlumat əldə etdiyini bildirib.

Filippinli musiqiçi muzeydə xatirə şəkilləri çəkdirib və xatirə kitabında təəssüratlarını yazıb.