Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Dağkəsəmən kəndində şəhidlərin xatirəsinə ucaldılan “Xarıbülbül” abidə kompleksini ziyarət ediblər. Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları isə Vətən müharibəsi şəhidi Emin Hüseynovun doğum günündə məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Zərdabi qəsəbə kitabxanasının əməkdaşları Folklor evinin kollektivi ilə birlikdə Vətən müharibəsi şəhidi Seymur Qocayevin ailəsini ziyarət edib.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Qandax kəndindən olan Vətən müharibəsi şəhidi Şahin İsgəndərovun ailəsini və məzarını ziyarət ediblər.

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin doğum günü ilə əlaqədar məzarını ziyarət edib. Samux rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi qaziləri ilə dəyirmi masa keçirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zalam kənd Mədəniyyət evi “Əbədi və əzəli torpaqlarımız” adlı videoçarx ərsəyə gətirib.

NURƏDDİN