26 avqust Mehriban xanım Əliyevanın doğum günüdür

 

Avqustun 26-sı Azərbaycan mədəniyyətinin və incəsənətinin hamisi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

Mədəniyyət Nazirliyinin rəsmi “Facebook” sosial şəbəkə səhifəsində bu münasibətlə təbrik mətni paylaşılıb.

Təbrikdə deyilir: 

“Mehriban xanım Əliyevanın həyatı doğma xalqına, onun tarixi-mədəni irsinə, yüksək mənəvi dəyərlərinə bağlılığın, Azərbaycanın mədəni zənginliyinin dünyada tanıdılması, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi naminə fəaliyyətin yüksək örnəyidir.

Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət və incəsənətimizə göstərdiyi qayğıkeşlik nümunəsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində, bu işdə dövlət başçımızın ən yaxın silahdaşı olan Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən çoxsaylı layihələrlə uğurla davam etdirilir.

2020-ci ilin Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra bu layihələr doğma Qarabağımızı, mədəniyyətimizin paytaxtı Şuşanı əhatə etməklə daha da zənginləşib. Ərazisi bütöv Azərbaycanın artıq mədəni irsi də bütün dolğunluğu, incəsənətimiz bütün çalarları ilə dünyada təqdim olunacaq.

Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, Azərbaycan adına və Azərbaycan naminə nəcib fəaliyyətinə, bundan sonra təşəbbüskarı və rəhbəri olacağı mədəniyyət layihələrinə geniş üfüqlər arzulayırıq”.