Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar regionlardakı mədəniyyət müəssisələrinin silsilə layihə və tədbirləri davam edir.

Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan istedadlı qiraətçilərin aşkar olunması və onların bölgələrdə tanıdılması məqsədilə “Sözün sehri” adlı regional televiziya müsabiqəsi keçirilir.

Müsabiqədə iştirak etmək istəyən 14 və daha yüksək yaş kateqoriyasında bədii qiraət həvəskarları Ağdaş Regional Mədəniyyət İdarəsinə müraciət edə bilərlər.

Ünvan: Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 72

Facebook: https://www.facebook.com/agdashregionalmedeniyyetidaresi

E-mail: aghdash.mct@gmail.com

Telefon: (020) 23 5 56 19; (050) 323 90 47